Qurban Qurbanov: Balans bir az pozuldu
05.11.2011 - 17:19
“Rəqibimiz çox yaxşı müdafiə olundu. Biz “Sumqayıt Şəhər”i autsayder kimi görmürdük”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, “Sumqayıt Şəhər”ə Quzanlıda 1:2 hesabı ilə uduzduqları matçda müdafiə xəttində boşluqların olduğunu bildirib: “Sumqayıt təmsilçisi hər oyunda rəqiblərinə qarşı güclü müqavimət göstərirlər. Bizim də arxa xəttə boşluqlarımız oldu. Rəşad Sadıqov və Maksim Medvedevin oynamaması nəticəsində balans bir az pozuldu. “Sumqayıt Şəhər”in qapıçısı həmişə olduğu kimi yenə də gözəl oynadı. Qapıya yol tapmaq çətin idi. İstərdim ki, oyuna gəlmiş bu qədər azarkeşi sevinclə yola salaq. Qələbə münasibətilə rəqibimizi təbrik edirəm və gələcək oyunlarında uğurlar arzulayıram”.

0
0