Dünya çempionatının maskotu Göyçayda - FOTOSESSİYA
05.11.2011 - 17:36
Dünya çempionatının maskotu Göyçayda - FOTOSESSİYA
Göyçay rayonunda ənənəvi Nar bayramı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotu da nümayiş olunub.

Nar bayramında iştirak edən qonaqlar maskota böyük maraq göstəriblər. Dünya çempionatının Yerli Təşkilat Komitəsinin üzvləri Göyçay rayon İcra Hakimiyyətinin nümayəndələrinə, Milli Məclisin deputatlarına, ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzaya və Nar bayramında iştirak edən digər qonaqlara FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 barədə ətraflı məlumat veriblər.

Bayram konsert proqramı ilə davam etdirilib. Konsertin aparıcısı, tanınmış şoumen Murad Dadaşov dünya çempionatının maskotunu tamaşaçılara təqdim edib.

Mənbə: affa.az