“Böyük oyun”da böyük hesab
06.11.2011 - 16:22
“Böyük oyun”da böyük hesab
Premyer Liqada II dövrənin ilk turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan 2 oyundan biri Tovuzda, digəri Bakıda keçirilib. Hər 2 oyunda da paytaxt təmsilçiləri sevinib.

Günün ilk görüşündə “İnter” “Turan”ı səfərdə 1:0 hesabı ilə məğlub edib. Bununla, bakılılar 3-cü pillədəki mövqeyini möhkəmlədiblər. Böyük maraqla gözlənilən “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşması isə güclü yağış altında baş tutub.

Görüş həm də “qol yağışı” ilə əlamətdar olub. Belə ki, “Böyük oyun”lar tarixində ilk dəfə qeydə alınan böyük hesab bakılıların 5 cavabsız qolu ilə yadda qalıb.

Çempionun lideri darmadağın edib, xal fərqini minimuma endirməsində əsas pay sahibi Flavinyo olub. Ötən mövsüm komandasını az qala təkbaşına çempion edən braziliyalı bu dəfə də vurduğu ilk 2 qolla qonaqların müqavimətini qırıb. Bundan sonra oyunu darmadağına aparmaq isə nisbətən asan olub.


4 noyabr


"KƏPƏZ" - "BAKI" - 1:3
QOLLAR: Armand Feutchine, 72 - Uinston Parks, 16, Deividas Çesnauskis, 43, Aleksandar Soliç, 66
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
Gəncə. Şəhər stadionu.
Gəncədəki oyunların balansı: 9 oyun: +3=1-5 (11-15).
1997/98 – 1:1, 1998/99 – 2:0 (təsnifat), 3:1 (“altılıq”), 1999/00 – 2:0, 2000/01 – 1:2, 2003/04 – 1:4, 2004/05 – 0:2, 2005/06 – 0:2, 2010/11 – 1:3 (təsnifat).
I dövrədəki oyun – 3:0.

"RƏVAN" - "SİMURQ" - 1:1
QOLLAR: Samuel Barlay, 15 - Andrey Rubin, 72
Qırmızı vərəqə: Ekrem Hodziç, 56 (2-ci sarı, “Rəvan”), Vasili Yanotovski, 63 (2-ci sarı, “Simurq”)
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Aleksandr Musatkin, Vüsal Əliyev.
Bakı. “Dalğa Arena” stadionu.
Komandalar Bakıda ilk dəfə görüşəcəklər.
I dövrədəki oyun – 1:1

5 noyabr


AZAL - "QƏBƏLƏ" - 3:0
QOLLAR: Tales Şütz, 48,68, Tərlan Xəlilov, 90
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Munis Abdullayev, Alik Yunusov.
Bakı. "AZAL Arena" stadionu.
Bakıdakı oyunların balansı – 5 oyun: +3=1-1 (8-5).
2006/07 – 3:1, 2007/08 – 2:0, 2008/09 – 1:0, 2009/10 – 0:2 (təsnifat), 2010/11 – 2:2. (təsnifat)
I dövrədəki oyun – 1:1.

"QARABAĞ" - "SUMQAYIT ŞƏHƏR" - 1:2
QOLLAR: Leonardo Roşa, 90+1 - Kamil Nurəhmədov, 20, Murad Səttarlı, 71
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
Komandalar Ağdamda ilk dəfə görüşəcəklər.
I dövrədəki oyun – 0:0

6 noyabr


"TURAN" - "İNTER" - 0:1
QOL: Nizami Hacıyev, 10
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Elşən Acalov, Anar Göyçayski.
Tovuz. Şəhər stadionu.
Tovuzdakı oyunların balansı – 10 oyun: +3=0-7 (7-22).
1999/00 – 2:1, 2000/01 – 3:1, 2003/04 – 0:3 (texniki məğlubiyyət), 2004/05 – 1:0, 2005/06 – 0:1, 2006/07 – 1:7, 2007/08 – 0:4, 2008/09 – 0:1, 2009/10 – 0:1 (təsnifat), 2010/11 – 0:3 (təsnifat).
I dövrədəki oyun – 0:1.

"NEFTÇİ" - "XƏZƏR LƏNKƏRAN" - 5:0
QOLLAR: Flavinyo, 21, 33, Nasimov, 59, 80, Quliyev, 90+1
Hakimlər: Elnur Muradov, İlham Əliyev, Mehman Mahmudov, Fariz Yusifov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Bakıdakı oyunların balansı – 9 oyun: +3=5-1 (8-6).
2004/05 – 2:1, 2005/06 – 2:2, 2006/07 – 1:0, 2007/08 – 0:1, 2008/09 – 2:1, 2009/10 – 0:0 (təsnifat), 0:0 (“altılıq”), 2010/11 – 0:0 (təsnifat), 1:1 (“altılıq).
I dövrədəki oyun – 0:1.

 aKomandaOQHMQollarXallar
1Xəzər Lənkəran1282217-1226
2Neftçi1281321-925
3İnter1273211-724
4Qarabağ1262416-1220
5Bakı1254315-1119
6Qəbələ1243512-1615
7Rəvan1235415-1614
8AZAL1234515-1613
9Simurq1233610-1312
10Kəpəz1233616-2012
11Turan123188-1510
12Sumqayıt Şəhər122377-169


Bombardir: Bahodir Nasimov (Neftçi) - 6.
0