Bayramdan bayrama
06.11.2011 - 17:35
Premyer Liqanın XII turunun “Neftçi” və “Xəzər Lənkəran” arasındakı növbəti “Böyük oyun”la əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, rəqibini 5:0 hesabı ilə darmadağın edən paytaxt təmsilçisi uğursuz seriyasına son qoyub, derbidə balansı dəyişdi. “Ağ-qaralar” həm də bir sıra ilklərə imza atdılar.
Balans dəyişdi
Bu matçadək 22 dəfə üz-üzə gələn rəqiblər hərəyə 6 qələbə qazanıb, 10 heç-heçə ilə kifayətlənmişdilər. “Neftçi” növbəti qələbə ilə xoşbəxt rəqəmə - 7-yə çatıb top fərqində də üstünlüyü ələ aldı – 24:20. Kubokdakı 2 matçı nəzərə almasaq, artıq 21 oyunda qələbə sayında 7:5, top fərqində isə 20:15 hesabı ilə “Neftçi” öndədir.
İlk darmadağın
İndiyədək qalibin müəyyənləşdiyi 12 “Böyük oyun”dan 11-də üstün gələn 1 top fərqinə sevinmişdi. Yalnız 1 dəfə “Xəzər Lənkəran”ın qələbəsi 2 topla ifadə olunmuşdu ki, elə bu səbəbdən ümumi top fərqində üstünlük cənublularda idi. Lakin “Neftçi” ilk böyükhesablı qələbəyə imza ataraq, 7 illik derbidə böyük qələbə qazanan ilk komanda oldu.
Hacıyevin ilk qələbəsi
Bundan əvvəl 1 dəfə “Böyük oyun”un iştirakçısı olan Böyükağa Hacıyev I dövrədə 0:1 hesabına üzülmüşdü. Bu matçadək derbidə xala və qələbəyə həsrət olan mütəxəssis “siftə”sini darmadağınla rəsmiləşdirdi.
Rednik də uduzarmış
“Böyük oyun”ların ən böyük məşqçisi olan Mirça Rednik isə 7 məğlubiyyətsiz oyundan sonra darmadağın acısı yaşadı. O, hamıdan çox – ardıcıl 7 oyunda uduzmamaqla derbinin rekordçusu olsa da, bu uğurlu seriya artıq qırılıb.
Bayramdan bayrama
“Neftçi” son 11 oyunda rəqibinə qalib gələ bilməmişdi. Bakılıların qələbəsi 2009-cu il aprelin 12-ə təsadüf etmişdi. Həmin qələbədən sonrakı 938 gündə “ağ-qaralar” bir neçə baş məşqçi dəyişsə də, “Xəzər Lənkəran”a qalib gələ bilmirdi. “Neftçi” azarkeşlərini Qurban bayramında sevindirib həsrətə son qoymaqla, onların bayramına bayram qatdı. Maraqlıdır ki, 938 gün əvvəlki qələbə də bir vaxtlar bayram kimi qeyd olunan 12 aprel tarixinə təsadüf etmişdi. Vaxtilə Kosmonavtika günü kimi qeyd olunan həmin tarixdən Qurban bayramına kimi olan seriya isə 5 cavabsız qolla bitdi.

0
0