“Böyük oyun”ların “Böyük oğlan”ı
07.11.2011 - 00:02
“Böyük oyun”ların “Böyük oğlan”ı
Premyer Liqanın ötən mövsümün ən yaxşı futbolçusu adına layiq görülən Flavinyo mükafatını alandan sonra keçirdiyi ilk matçdaca ən yaxşı olduğunu bir daha sübut etdi. Apasport.az saytının xəbərinə görə, ötən il “ağ-qaralar”ı çempionluğa daşıdığı gün kimi aydın olan braziliyalı kimin-kim olduğunu “Böyük oyun”da da göstərdi.

Əslində, ən yaxşı olduğunu sübut etməyə belə ehtiyacı olmayan Flavinyo Premyer Liqanın “Xəzər Lənkəran”la oyununda ilk 2 qolu vurmaqla, 5:0 hesablı darmadağının təməlini qoydu. Bununla, cənubi amerikalı “Böyük oyun”ların ən “Böyük oğlanı” oldu.

Belə ki, bu matçadək yalnız Zaur Ramazanov, Zaur Tağızadə və elə onun özü bu matçlarda dubl etmişdi. “Xəzər Lənkəran”la görüşlərdə 2-ci dəfə dubl edən braziliyalı özündən sonra buna imza atan Bahodir Nasimovu da kölgədə qoydu.

“Böyük oyun”larda qeydə alınan 5 dubldan ikisinə imza atan Flavinyo bu matçlarda artıq 5 qol vurub. O, lənkəranlıların qapısına 4 dəfə yol tapan Tağızadəni arxada qoyaraq, “Böyük oyun”ların ən yaxşı bombardiri olub.