Berti Foqts Tiranada millimizi gözləyir
07.11.2011 - 00:01
Berti Foqts Tiranada millimizi gözləyir
Noyabrın 11-də Albaniya millisi ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığması bu gün ölkəni tərk edir. Apasport.az saytının məlumatına görə, komandamız bu gün səhər saatlarında Bakı – İstanbul – Tirana reysi ilə Albaniyaya yollanacaq. Komandamız səfərə baş məşqçisiz gedib. Belə ki, baş məşqçi Berti Foqts Albaniyaya vətəni Almaniyadan gələcək.

Qeyd edək ki, noyabrın 7-11-də təlim-məşq toplanışı keçirəcək yığmamız yoldaşlıq oyunundan sonra Almaniyaya yollanacaq və ayın 15-də yerli “Berlin Union” klubu ilə qarşılaşacaq.
0