“Xəzər Lənkəran” bunu da gördü
07.11.2011 - 00:07
“Xəzər Lənkəran” bunu da gördü
Premyer Liqanın XI turunda “Neftçi” ilə qarşılaşan “Xəzər Lənkəran” tarixində ən ağır məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi indiyədək heç vaxt 5 top fərqilə uduzmamışdı.

Bakıdakı 0:5 hesablı yenilgi lənkəranlıların 7 illik tarixində 4-cü böyükhesablı məğlubiyyətdir. Lakin əvvəlki uğursuzluqların hamısı 3 top fərqilə olub. 2005/06 mövsümündə ölkə kubokunun “Karvan”la görüşündə cənublular 0:3-ə üzülüb.

Növbəti darmadağın isə UEFA kubokunun 2008/09 mövsümündə Polşada “Lex”lə qarşılaşmasına təsadüf etmişdi - 1:4. Premyer Liqada indiyədək yeganə olan böyükhesablı məğlubiyyət də eyni hesabla olmuşdu. Ötən mövsüm “Gəncə” “Xəzər Lənkəran”ı məyus etmişdi.

“Neftçi” ilə matçdakı 0:5 isə tarixdə 4-cü, Premyer Liqada 2-ci və ən ağır yenilgi oldu.