1127 gündən sonra
07.11.2011 - 00:09
1127 gündən sonra
“Neftçi” Premyer Liqada son 3 ildə ən böyük hesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”a 5:0 hesabı ilə qalib gələn “ağ-qaralar” sonuncu dəfə 5 top fərqilə qələbəsini 2008/09 mövsümündə qazanmışdı.

2008-ci il oktyabrın 5-də bakılılar paytaxt derbisində MOİK-ə “dərs keçmişdi – 5:0. Həmin qələbədən 1127 gün sonra “Neftçi” prinsipial rəqibi “Xəzər Lənkəran”ı darmadağın etdi.
0