Kamran Ağayev Lənkərandan qovuldu
07.11.2011 - 00:44
Kamran Ağayev Lənkərandan qovuldu
Premyer Liqanın XII turunun “Neftçi” ilə oyununda ağır məğlubiyyətə düçar olan “Xəzər Lənkəran” rəhbərliyi sərt qərarlara əl atıb. Apasport.az saytının xəbərinə görə, oktyabrın 21-də “Bakı” ilə səfər matçında buraxdığı uşaq səhvindən sonra kapitan sarğısından məhrum edilən Kamran Ağayevin cənub təmsilçisindən qovulduğu bildirilir.

Düzdü, “ağ-yaşıllar”ın “Neftçi”yə 0:5 hesablı uduzduqları oyununda qapını Ağayev deyil, Kamal Bayramov qoruyub. Amma Kamran ciddi səbəb olmadan bu oyuna qəsdən çıxmaq istəməyib. O, komandasının cari mövsümdə “İnter”ə səfər görüşündə də meydana çıxmamışdı.

Əldə etdiyimiz məlumata görə, rəhbərlik həm “İnter”, həm də “Neftçi” ilə çətin matçda komandaya biganə münasibət göstərən, son vaxtlar komandada ab-havanı pozan belə qapıçının düşərgədə olmasındansa, olmamasına üstünlük verib.