Ronaldo İspaniya çempionatının rekordçusu oldu
07.11.2011 - 10:38
Ronaldo İspaniya çempionatının rekordçusu oldu
Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo növbəti rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu Primeronun XII turunda “Osasuna”ya evdə 7:1 hesabı ilə qalib gəldikləri oyunda etdiyi het-triklə adını İspaniya çempionatları tarixinə qızıl hərflərlə yazdırıb. Məsələ ondadır ki, Ronaldo bu ölkənin çempionatının ilk XII turunda 4 het-trik edən ilk futbolçu olub. O, bunadək “Saraqosa”, “Rayo Valekano” və “Malaqa” ilə oyunlarda rəqib qapısına 3 dəfə yol tapmışdı.

Qeyd edək ki, dünyanın ən bahalı futbolçusu olan Kriştianu “Osasuna” ilə oyundan öncə ötən mövsüm Avropa çempionatlarının bombardiri kimi “Qızıl buts” mükafatını almışdı.