Azərbaycanlı futbolçu Andrey Arşavindən geri qalmadı
07.11.2011 - 11:00
Azərbaycanlı futbolçu Aleksandr Səmədov çıxış etdiyi Moskva “Dinamo”unun rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçinin Rusiya Premyer Liqasının XXX turunda həmşəhərliləri “Spartak”la ev oyununda (1:1) etdiyi məhsuldar ötürmə mövsümdə 16-cı olub. Məhz Səmədovun cərimə zərbəsindən ötürməsindən sonra tanınmış almaniyalı komanda yoldaşı Kevin Kuranyinin başla hesabı açıb. Buna qədər “Dinamo”nun futbolçusunun bu qədər məhsuldar ötürmə etməyi 1996-cı il mövsümündə olmuşdu. Onun müəllifi uzun illər komandanın lideri, kapitanı, sonradan isə baş məşqçisi olan Andrey Kobelevdir.
İndi soydaşımız təkcə “Dinamo”nun sabiq baş məşqçisinin yox, 16 məhsuldar ötürmə edənlər arasında London “Arsenal”ının və Rusiya yığmasının hücumçusu Andrey Arşavinin də rekorduna şərik çıxıb. Arşavin 2004-cü ildə “Zenit”də oynayanda buna 28 oyunda nail olub.

0
0