Vaqif Cavadov ili 5,5-lə başa vurdu
07.11.2011 - 11:17
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Rusiya Premyer Liqasının ilk mərhələsində son oyunu 5,5 balla qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, Rusiyanın nüfuzlu “Sport-Ekspress” qəzeti 22 yaşlı hücumçumuzun formasını geyindiyi “Volqa” klubunun XXX turda evdə “Rubin”ə gözlənilməz qələbə qazandığı matçda (1:0) çıxışına bu qiyməti verib. Əslində bu, pis qiymət deyil. Sadəcə, “Volqa”nın həmin tarixi qələbəsində futbolçuları bundan yüksək, ən yaxşı seçilən qapıçı Mixail Kerjakov 6,5 bal alıb. Ən aşağı məhz 5,5 bal olub ki, onlardan birinə Cavadov layiq görülüb. Bu, futbolçumuzun yaydan şərəfini qoruduğu “Volqa”nın start heyətində ilk oyunu olub və 70-ci dəqiqədə əvəzləndiyindən, yenə 90 dəqiqə oynamayıb.
Qeyd edək ki, bu, Vaqifin nəinki Rusiya çempionatında, ümumiyyətlə, bu il son rəsmi oyunu olub. Qonşu ölkənin çempionatda xeyli müddət fasilə yaransa da, millinin görüşləri var. Ancaq Cavadov yığmamızın Avstriya ilə matçından sonra düşərgəsini özbaşına tərk etdiyinə görə AFFA-nın İntizam Komitəsinin 1 illik cəzasına məruz qalıb.

0
0