Çempionatımızın oyunu dava-dalaşa görə yarımçıq dayandırıldı
07.11.2011 - 11:46
Çempionatımızın oyunu dava-dalaşa görə yarımçıq dayandırıldı
Azərbaycan çempionatının I divizionunun son turunda insident qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Bakılı” ilə “Şahdağ” klublarının paytaxtdakı görüşü yarımçıq dayandırılıb. Buna səbəb fasilədə komandalar arasında dava-dalaşın səbəb olub. Nəticədə matç sona kimi başa çatdırılmayıb və məsələyə AFFA-nın İntizam Komitəsində baxılıb, müvafiq qərar çıxarılacaq.

Qeyd edək ki, Premyer Liqamızın cari mövsümündə də 1 oyun sona kimi başa çatdırılmayıb. Bu, “Şəfa” stadionunda keçirilən “İnter” – “Bakı” oyununda olub. Ancaq həmin oyunda buna səbəb dava-dalaş yox, meydan sahiblərinin uzatma dəqiqələrində qapısına təyin edilən penalti zərbəsinə etiraz əlaməti olaraq meydanı tərk etməsi idi. Nəticədə “İnter” AFFA-nın İntizam Komitəsindən 0:3 hesablı texniki məğlubiyyət alıb.