Bahodir Nasimov milli komandaya çağırıldı
07.11.2011 - 13:43
Bahodir Nasimov milli komandaya çağırıldı
“Neftçi”nin futbolçusu Bahodir Nasimov Özbəkistan yığmasına çağırılıb. Apasport.az saytının məlumatına görə, millinin baş məşqçisi Vadim Abramov 24 yaşlı hücumçuya növbəti rəsmi oyunlar üçün açıqladığı 26 nəfərlik heyətdə yer verib. Bunlar noyabrın 11-də Şimali Koreya, 15-də Tacikistan yığması ilə oyunlardır. Hər 2 matç Daşkənddə “Paxtakor” stadionunda keçiriləcək.

Qeyd edək ki, Bahodir Premyer Liqamızın son turunda “Xəzər Lənkəran”a 5:0 hesabı ilə qalib gəldikləri oyunda etdiyi dublla vurduğu qolların sayını 6-ya çatdırıb və bombardirlər yarışında liderliyə yüksəlib.