Vaqif Cavadova kiçik məbləğ verilib
07.11.2011 - 14:45
Azərbaycanlı futbolçu Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın “Volqa” klubunun baş məşqçisi Dmitri Çerışev postunda saxlanılıb. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcının ən azı cari mövsümün sonuna qədər vəzifəsində qalacağı Premyer Liqanın son turunda “Rubin” üzərində qələbədən (1:0) sonra qəbul olunub.
Bunu oyundan sonra futbolçulara və məşqçilər korpusuna paltardəyişmə otağında klubun rəsmiləri Nijni-Novqorodun qubernatorunun müavini Dmitri Svatkosvki ilə birgə məlumat verib.
Maraqlıdır ki, Çerışçevin müqaviləsinin “Rubin”lə oyundan sonra bitəcəyi deyilsə də, baş məşqçi bunu qətiyyətlə təkzib edib. O, klubun futbolçulara olan borc haqda da məlumat bildirib: “Volqa” ilə müqaviləm gələn ilin mayın 31-ə kimidir. Mən başa düşə bilmərəm ki, müddətin bitməyi haqda informasiya haradan çıxıb. “Rubin”lə oyun hər şeyi dedi. Futbolçulara oyun öncəsi kiçik məbləğlər verildi, ancaq bu, əsas deyil. Mən onlardan şikayətçi deyiləm. Hərçənd müqavilələr üzrə ödənişlərin yubanmağı artıq 5 aydır yubanır”.

0
0