Berti Foqts: O, həmişə gənc nəslin qayğısını çəkib
07.11.2011 - 15:00
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts dünya futbolunun əfsanələrindən sayılan həmyerlisi Uve Zeelerin yubileyində iştirak edib. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı yığmada oynadığı vaxta təcrübəli futbolçulardan olan Zeelerin xidmətlərindən danışıb: “O, həmişə gənc nəslin qayğısını çəkib. Almaniya futbolunda aparıcı simalardan olan Zeeler əla futbolçu və kapitan olub”.
Qeyd edək ki, Foqts Almaniya yığmasında çiyin-çiyinə oynadığı Zeelerdən 10 yaş kiçikdir. Millimizin çalışdırıcı 65 illik yubileyini dekabrın 30-da qeyd edəcək.
Qeyd edək ki, Foqts Almaniya yığmasında çiyin-çiyinə oynadığı Zeelerdən 10 yaş kiçikdir. Millimizin çalışdırıcı 65 illik yubileyini dekabrın 30-da qeyd edəcək.
0
0