Elvin Beçiri Albaniyaya gedəsi olmadı
07.11.2011 - 16:33
“Xəzər Lənkəran”ın albaniyalı futbolçusu Elvin Beçirinin vətəninə gedəsi olmayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi milli komandasının Albaniya yığması ilə noyabrın 11-də Tiranada keçiriləcək yoldaşlıq görüşünü stadiondan izləyə bilməyəcək.
Elvin millinin oyunları ilə əlaqədar yaranan qısa müddətlik fasilədən istifadə edərək, Albaniyaya baş çəkib, matça baxmağı planlaşdırırdı. Ancaq “Xəzər Lənkəran” “Neftçi”yə 0:5 hesablı məğlubiyyətdən sonra futbolçularına istirahət verməyib və sabahdan məşqləri davam etdirəcəyindən, Beçiri düşərgədə qalmalı olub.
Qeyd edək ki, son 1 ayda oynamayan Elvin zədəsini müalicə etdirir və bu üzdən yığmasına çağırılmır.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0