Vobayın pəncəsi deşilib
07.11.2011 - 18:00
“Xəzər Lənkəran”ın futbolçusu Julius Vobay bir müddət komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, afrikalı sağ cinah yarımmüdafiəçisinin Premyer Liqanın son turunda “Neftçi” ilə matçda (0:5) aldığı zədə ciddidir.
Rəqiblə mübarizə zamanı pəncəsi deşilən Julius meydanı tərk etməli olub və onun ayağından axan qanı dayandırmaq üçün həkimlər ilkin tibbi-yardım edib. Ayağını yerə basa bilməyən Vobaya təcili-tibbi yardım maşınına aparmaq üçün kömək göstərilib və matçın keçirildiyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundan dərhal xəstəxanaya göndərilib.
Orada yardım göstərilən futbolçunun yaxın müddətdə yaşıl meydana qayıdışı gözlənilmir.

0
0