Milli komanda 5 futbolçunun yolunu gözləyir
08.11.2011 - 15:00
Milli komanda 5 futbolçunun yolunu gözləyir
Azərbaycan milli komandasının noyabrın 11-də keçiriləcək yoldaşlıq oyunundakı rəqibi Albaniya yığması matça yarımçıq heyətlə hazırlaşır. Apasport.az saytının məlumatına görə, rəqibimizi oyuna çıxaracaq bosniya və herseqovinalı Camal Mustedanagiçin sərəncamında görmək istədiyi 22 futbolçudan yalnız 17-si millinin düşərgəsinə qatılıb. Bunların da 2-si qapıçıdır. Digər 5 futbolçu isə bu günlərdə məşqlərə başlayacaq. Bunlar
Edmond Kapllani (Auqsburq, Almaniya), Eryon Boqdani (Çezena, İtaliya), Ahmed Yanuzi (Vorskla, Ukrayna), Debatik Kurri (Gənclərbirliyi, Türkiyə) və Krusti Vanqyelidir (Çernomorets, Ukrayna).
0