Tab Ramos və 12 futbolçu yığmamıza qarşı
08.11.2011 - 16:02
Noyabrın 7-dən 15-ə qədər Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışı keçəcək Azərbaycan yığmasının (U-21) yoldaşlıq oyunundakı rəqibi ABŞ U-20-nin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, şimali amerikalılar Almaniya toplanışına cəmi 12 futbolçu ilə yollanıblar. Lakin 1988-2000-ci illərdə ABŞ yığmasının əfsanələrindən olmuş Tab Ramos daha artıq oyunçunun xidmətindən yararlana biləcək. Belə ki, U-20 ilə eyni vaxtda Almaniyada toplanışda olan U-23-ün geniş heyətində yer alan 20 yaşı tamam olmayan futbolçular da millimizə qarşı forma geyə biləcək.
Qapıçılar: Kod Kropper (İpsviç, İngiltərə), Con Kempin (Sportinq);
Müdafiəçilər: Con Entoni Bruks (Herta, Almaniya), Şon Kanninqem (Molde, Norveç), Uil Pakvud (Birminhem, İngiltərə);
Yarımmüdafiəçilər: Luis Jil (Real Solt Leyk), Tiron Makkarqo (Nürnberq, Almaniya), Şarl Penken (Hoffenhaym, Almaniya), Kaleb Stanko (Frayburq, Almaniya), Joze Vilyarreal (Los Anceles Qeleksi);
Hücumçular: Cerom Kisevetter (Herta, Almaniya), Omar Salqado (Vankuver Vitekaps, Kanada).

0
0