Vaqif Cavadovu istirahətə buraxmadılar
08.11.2011 - 13:49
Vaqif Cavadovu istirahətə buraxmadılar
Rusiya Premyer Liqasında II mərhələnin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 2011/12 mövsümünün ilk 30 turundan sonra 2 “8-liy”ə bölünən komandalar daha 2 dövrədə mübarizə aparacaq. Komandaların 30 turdan sonra qış fasiləsinə yollanacağı gözlənilsə də belə olmayacaq. Belə ki, klublar “8-lik”də ilk 2 turun oyununa çıxdıqdan sonra istirahətə buraxılacaq.

Azərbaycan milli komandasının sabiq futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Nijni-Novqorodun “Volqa” klubu da bu il daha 2 matç keçirəcək. İkinci “8-lik”də 9-16-cı yerlər üçün mübarizə aparacaq “Volqa” noyabrın 20-də “Amkar”ı qəbul edəcək. Vaqifin komandası ayın 27-də “Krılya Sovetov”un qonağı olacaq.