Kamran Ağayev millidən də kənarlaşdırıldı
08.11.2011 - 14:24
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, millinin qapıçısı Kamran Ağayev komandadan kənarlaşdırılıb. Buna 25 yaşlı futbolçunun zədələnməsi səbəb olub.
O, millinin noyabrın 11-də Albaniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununda, həmçinin noyabrın 12-dən 16-dək Almaniyada təşkil olunacaq təlim-məşq toplanışında iştirak edə bilməyəcək. Kamran bu gün Albaniyadan Bakıya göndərilib.
Qeyd edək ki, Kamran az əvvəl “”Xəzər Lənkəran” klubundan da kənarlaşdırılıb.
Mənbə: affa.az

0
0