20 azərbaycanlı futbolçu Almaniyaya qarşı oynayacaq
08.11.2011 - 14:36
20 azərbaycanlı futbolçu Almaniyaya qarşı oynayacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apaspoprt.az saytının məlumatına görə, noyabrın 10-dan 15-dək Bakıda təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində noyabrın 12-də və 15-də “Dalğa Arena”da almaniyalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək komandaya 20 futbolçu çağırılıb. Bunlar Qurbanəli Əliyev (İnter), Nurlan Əhmədov (Qarabağ), Kənan Manafov (Neftçi), Sadiq Quliyev (Qəbələ), Əyyub Əliyev (Neftçi), Coşqun Diniyev (İnter), Şirməhəmməd Məmmədov (Qəbələ), Elvin Camalov (Qəbələ), Adil Nağıyev (İnter), Kamran Abdullazadə (Xəzər Lənkəran), David Qarayev (FK Stolitsa, Moskva, Rusiya), Ruslan Abdullayev (Torpedo, Moskva, Rusiya), Polad Mirzəzadə (Bakı), Orxan Əliyev (Sumqayıt Şəhər), Ruslan Nəsirli (Sumqayıt Şəhər), Şamil Camaləddinov (Sumqayıt Şəhər), Elvin Bədəlov (Zenit, Sankt-Peterburq, Rusiya), Ramin Şirinov (Qarabağ), Vahid Zülqədr (klubsuz), Namiq Ələsgərov (Bakı).


Mənbə: affa.az