Berti Foqtsun komanda yoldaşı milliyə gətirilir
08.11.2011 - 17:01
Berti Foqtsun komanda yoldaşı milliyə gətirilir
Noyabrın 11-də Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Albaniya yığması baş məşqçi postuna yeni namizəd tapıb. Apasport.az saytının məlumatına görə, millimiz kimi albaniyalılar da alman məşqçi gətirməyə qərar verib. Onlar Berti Goqtsun həmyerlisi Lorens Günter Kostnerlə danışıqlara başlayıblar.

59 yaşlı mütəxəssis vətənində kifayət qədər tanınan simalardandır. Futbolçu karyearsını zədə üzündən 29 yaşında bitirən Kostner 1973-75-ci illərdə Mönhenqladbax “Borussiya”sında Foqtsla komanda yoldaşı da olub. 1982-ci ildə məşqçiliyə başlayan çalışdırıcı “Frayburq”, “Köln”, “Karlsrue”, “Hoffenhaym”, “Volfsburq” kimi klublara başçılıq edib.