Vaqif Cavadov Premyer Liqada: Cəmi 6 saat 49 dəqiqə
08.11.2011 - 16:39
Vaqif Cavadov Premyer Liqada: Cəmi 6 saat 49 dəqiqə
Rusiya Premyer Liqasında I mərhələyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 30 turluq mərhələdə Azərbaycan yalnız 1 futbolçu ilə təmsil olunub. Bu, Nijni-Novqorod “Volqa”sında çıxış edən Vaqif Cavadovdur.

Azərbaycan milli komandasından kənarlaşdırılan 22 yaşlı hücumçu Premyer Liqada cəmi 9 dəfə meydana çıxıb. O, 2-ci “8-lik”də mübarizə aparacaq komandasının start heyətində cəmi 2 dəfə oynayıb. Digər 7 qarşılaşmada sonradan mübarizəyə qoşulan hücumçu meydanda olduğu 409 dəqiqəyə, yəni 6 saat 49 dəqiqəyə 1 dəfə də olsun qol vura bilməyib. Hesabında 2 sarı vərəqə olan Cavadov yalnız 1 dəfə əvəzolunmadan 90 dəqiqə çıxış edib.

Qeyd edək ki, Cavadov ölkə kubokunda da 1 oyun keçirib.

tarixoyunqolÖtürməsarıqırmızıStart heyətdəDəqiqə
06.08.2011Volqa – Rostov – 0:1--1--31
14.08.2011Volqa – Lokomotiv – 0:0-----37
21.08.2011Kuban – Volqa – 5:0--1--62
27.08.2011Volqa – Terek – 3:1-----23
17.09.2011Volqa – Spartak N – 1:0----190
01.10.2011Volqa – Amkar – 0:0-----26
22.10.2011Volqa – Krasnodar – 0:2-----26
27.10.2011Zenit – Volqa – 3:0-----45
06.11.2011Volqa – Rubin – 1:0----169
ÇempionatCəmi: 9 oyun--2-2409
21.09.2011Spartak M – Volqa – 1:1, p.5:6-*-1--45
kubokCəmi: 1 oyun-*-1--45


* - oyun sonrası penalti seriyasında 1 qol vurub.
0