FİFA nümayəndələri Lənkəranda
08.11.2011 - 15:40
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri ilə tanış olmaq məqsədilə noyabrın 6-dan etibarən FIFA-nın geniş tərkibli nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb. Apasport.az saytının məlumatına görə, nümayəndə heyətinə Oliver Vogt, Nerico Digues, Sonia Denouncourt, Kim Yev, Alexandra Knoke, Stefan Wistuba, Monika Huser, Mathev Harding, Heike Ulrich, Kevan Pipe, Dietmar Eufinger, Mayrilian Cruz Blanco, Rolf Kaderli və Oscar Orellana daxildir.
Səfər proqramı çərçivəsində FIFA nümayəndələri tərəfindən dünya çempionatında istifadə ediləcək stadionların və otellərin inspeksiyası aparılacaq, həmçinin Yerli təşkilat Komitəsinin üzvləri üçün «Komandalarla iş və könüllülük xidməti» üzrə seminar keçiriləcək.
Qeyd edək ki, FIFA nümayəndə heyəti bu gün Lənkəran şəhərinə səfər edib.
Mənbə: affa.az

0
0