AFFA 1 mükafatı 2 yerə bölməli olacaq
08.11.2011 - 18:30
AFFA-nın hər ilin sonunda yığmada ən çox oynayan futbolçuya verdiyi mükafat bu dəfə 2 futbolçu arasında bölünəcək. Apasport.az saytının məlumatına görə, millinin kapitanı Rəşad Sadıqov və qapıçı Kamran Ağayev ili eyni göstərici ilə tamamlayacaq.
Bu il 9 oyuna çıxan yığmamızda hamıdan çox oynayan bütün oyunları əvəzolunmadan keçirən Rəşadla Kamrandır. Yığmamız bu il 10-cu, sonuncu matçını Tiranada Albaniyaya qarşı keçirəcək. Həmin görüşdə bu 2 futbolçunun oynamayacağı dəqiqləşdiyindən mükafat da onlar arasında bölünəcək.
Xeyli əvvəl zədələnib heyətdən çıxarılan Rəşadın yoxluğunda Ağayevə cəmi 1 dəqiqə meydanda olmaq kifayət idi ki, AFFA-nın mükafatını qazansın. Lakin komanda yoldaşının zədəsindən qazanmaq Kamrana nəsib olmadı. “Gülmə qonşuna, gələr başına” məsəlinə uyğun olaraq zədələnən qapıçı da heyətdən kənarlaşdırıldı.
Yığmanın bu il üçün rekordçusu olan bu 2 futbolçuya Albaniyada meydana çıxacaq oyunçuların heç biri çata bilməyəcək. Belə ki, onların ən yazın izləyicilərindən Vurğun Hüseynov 7 oyuna 630, Ruslan Abışov isə 8 oyuna 606 dəqiqə oynayıb.
Qeyd edək ki, klublarla oyunlar qeyri-rəsmi xarakter daşıdığından və heç bir statistikada nəzərə alınmadığından yığmamızın 2 belə matçı hesablanmır.

0
0