“Roberto Karlos tez-tez mənimlə məsləhətləşir” - MÜSAHİBƏ
09.11.2011 - 00:01
Rusiyanın “Anji” klubunun məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi
- Bir müddət öncə Azərbaycan millisinin (U-21) baş məşqçisi olacağınızla bağlı iddialar meydana gəldi. Məsələyə necə şərh verə bilərsiniz?
- Təkcə mən yox, eyni zamanda Ağasəlim Mircavadov və Şakir Qəribov da “Dalğa Arena”da keçirilən Azərbaycan - Norveç oyununu izlədik. Mən həmin qarşılaşmadan sonra Mahaçqalaya qayıtdım. Yəni, bunun hər hansı bir təklif və ya dəvətlə heç bir əlaqəsi yoxdur. Sadəcə, vaxtım olduğuna görə, milli komandanın çıxışına canlı tamaşa etdim.
- Siz vaxtilə əsas komanda ilə yanaşı, U-21 yığmasına da rəhbərlik etmisiniz. Dəvət gəlsə, indiki vəziyyətdə bunu dəyərləndirərsiniz?
- Mənim hazırda “Anji” klubu ilə müqaviləm qüvvədədir. İndiki vəziyyətdə ancaq bu komandanın uğur qazanmasını düşünürəm. Süleyman Kərimovun bu klubla bağlı böyük planları var. Mən harada yaşamağımdan, uzaqda-yaxında olmağıma baxmayaraq, həmişə milli komandamızın yaxşı nəticələr qazanmasını istəmişəm. Milliyə ancaq və ancaq uğurlar diləyə bilərəm.
- Artıq 1 ilə yaxındır ki, Rusiyada fəaliyyət göstərirsiniz. Sizi Mahaçqalaya aparan Hacı Hacıyev istefa verdikdən sonra bu post vakant qalıb. Yeni baş məşqçi məsələsi nə vaxt həllini tapa bilər?
- Mən yaranmış fasilədən istifadə edərək vətənə qayıtmışam. “Anji”də rəhbərlik, futbolçular hal-hazırda ancaq qarşıdakı oyunları düşünürlər. Bizim çox çətin oyunlarımız var. Bəlkə də, həmin görüşlərdən sonra bu məsələ növbəti dəfə gündəmə gətirilsin.
- Hacı Hacıyevin gedişindən sonra komanda müvəqqəti olaraq, Roberto Karlosa tapşırılıb. Onunla bir məşqçi kimi işləmək necədir?
- Roberto Karlos bundan əvvəl komandanın futbolçusu idi. Hazırda isə baş məşqçisi postunu tutur. Sözsüz ki, onun bir futbol adamı kimi nəyə qadir olduğunu hamı bilir. Karlosla eyni komandada işləmək həqiqətən də yaxşı haldır. Təkcə Karlosu yox, eyni zamanda heyətdə yer alan digər ulduzları da qeyd etmək lazımdır.
- Karlos heyətlə bağlı bütün qərarları özü verir, yoxsa sizinlə məsləhətləşir?
- “Anji” klubunda bütün işlər peşəkar səviyyədə həyata keçirilir. Orada klub rəhbərliyi məşqçilərə 1-ci, 2-ci dərəcəli gözü ilə baxmır. Sözsüz ki, Karlos bizimlə məsləhətləşdikdən sonra qərar çıxarır. Bütün işlər kollektivin ümumi rəyi əsasında müzakirə olunur. Karlos bizimlə tez-tez məsləhətləşir.
- “Anji” 7-ci pillədən irəli gedə bilmir. Qarşısına çempionluq məqsədi qoyan komandanın belə zəif təsir bağışlamasına səbəb nədir?
- Komandanın zəif təsir bağışlamasını deməzdim. Sadəcə, uğurlu və uğursuz oyunlar olur. “Anji”nin gələcəklə bağlı böyük planları var. Biz hazırda Avropa Liqasına vəsiqə qazanmaq uğrunda çalışırıq.
- “Anji”də öz perspektivinizi necə görürsünüz?
-Mənim bu klubla mövsümün sonuna qədər müqaviləm qüvvədədir. Əlavə heç nə demək istəmirəm.
- Sizinlə yanaşı, adaşınız Vaqif Cavadov da Azərbaycanı Rusiya Premyer Liqasında təmsil edir. Onun hələ də oyununu tapa bilməməsinə, qol hesabını açmamasına münasibətiniz necədir?
- Hər bir futbolçunun yeni çempionata, hər bir insanın yeni mühitə uyğunlaşması üçün vaxt lazımdır. İnanıram ki, Vaqif Cavadov artıq adaptasiya dövrünü arxada qoyub. Baş məşqçinin “Rubin”lə qarşılaşmada Vaqifə şans verməsi bunu deməyə imkan yaradır. Vaqifin potensialı və perspektivi var. Ondan istifadə edəcəyinə inanıram.
- Bilirik ki, milli çempionatla maraqlanırsınız. Sabiq komandanız “Neftçi”nin son turda “Xəzər Lənkəran”ı böyükhesabla məğlub etməsini necə qarşıladınız?
- Çempionatı mütəmadi olaraq, izləyə bilmirəm. Qiyabi də olsa bildirməliyəm ki, Azərbaycanda bir neçə komanda çempionluq uğrunda yarışır. “Neftçi”nin “Xəzər Lənkəran”ı məğlub etməsi də bunu göstərdi. Cənub klubu lider olsa da, “Neftçi” öz perspektivini ortaya qoydu və qələbə qazandı. Fikrimcə, çempionatda belə oyunlar hələ çox olacaq.
- Həm Rusiya, həm də Azərbaycan klubunda çalışmış bir mütəxəssis kimi, iki çempionat arasında hansı fərqləri sezə bilərsiniz?
- Fərq göz qabağındadır. Rusiya və Azərbaycan çempionatları arasında böyük fərq var. Təkcə əcnəbi seçimini qabartsaq, hər şey meydana çıxar. Rusiyada Et’O kimi legionerlər çıxış edir. Onlar nəticələrə yardımçı olmaqla yanaşı, həm də gənc nəslin yetişməsində böyük rol oynayırlar. Rusiyada gənc futbolçular daha tez inkişaf edirlər. Əgər inkişaf istəyiriksə, bütün xırda detallara peşəkarcasına yanaşmalıyıq. Artıq bəzi klublarımız bu yolu seçiblər. Son dayanacağın inkişaf olacağına, Azərbaycan klublarının Avropada adından söz etdirəcəyinə ümid etmək lazımdır. Sadəcə vaxta ehtiyac duyulur. Bilirsiniz, güclü çempionat güclü futbolçular və güclü yığma komanda deməkdir. Bütün bunlar bir-biri ilə sıx, bağlı və zəncirvari olan amillərdir.
- Milli komandamız 1 həftə ərzində iki yoxlama oyunu keçirəcək. Sizcə, bu, hansı məqsədləri güdə bilər?
- Millimiz seçmə mərhələdən sonra ilk dəfə toplanır. Yəqin ki, baş məşqçi Berti Foqts artıq yeni planlar cızıb. Bu yoxlama oyunları həm də yeni-yeni futbolçuları üzə çıxarmaq baxımından da faydalı olacaq.

0
0