Elxan Məmmədov FİFA rəsmisi ilə görüşüb
09.11.2011 - 11:54
Elxan Məmmədov FİFA rəsmisi ilə görüşüb
FİFA-nın Qadın Futbolunun İnkişafı üzrə meneceri Mayrilian Kruz-Blankonun Azərbaycana səfəri başlayıb. Apasport.az saytının məlumatına görə, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Mayrilian Kruz-Blanko arasında görüş keçirilib.

Azərbaycanda qadın futbolunun inkişafı ilə bağlı görülən işlər barədə FİFA rəsmisinə ətraflı məlumat verilib, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin startına qalan müddət ərzində qadın futbolu ilə əlaqədar həyata keçiriləcək layihələr müzakirə olunub.

Xatırladaq ki, Kruz-Blanko ilə yanaşı, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı FİFA-nın geniş tərkibli nümayəndə heyəti ölkəmizdə səfərdədir.
0