“Bakı”nın sabiq baş məşqçisi üçün yeni təyinat
09.11.2011 - 12:18
“Bakı”nın sabiq baş məşqçisi üçün yeni təyinat
“Bakı”nın sabiq baş məşqçisi Bülənt Korkmaz özünə yeni iş yeri tapıb. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, keçmiş “Qalatasaray”lı karyerasını “Karabükspor”da davam etdirəcək.

42 yaşlı mütəxəssisə Yücel Yıldızın istefasından sonra boş qalan baş məşqçi postu etibar edilib. “Karabükspor” rəsmiləri də bu təyinatı təsdiqləyiblər.

Qeyd edək ki, Türkiyə milli komandasının heyətində 102, “Qalatasaray” formasında 630 matça çıxan Korkmaz bu gün rəsmi müqaviləyə imza atacaq. O, bundan öncə “Ərciyəsspor” (2006-2007), “Bursaspor” (2007), “Gənclərbirliyi” (2007-2008), “Qalatasaray” (2009) və “Bakı” (2009) klublarında işləyib.