Ölkə çempionatında danışılmış oyuna görə həbs
09.11.2011 - 16:25
Ölkə çempionatında danışılmış oyuna görə həbs
“Yuventus”un sabiq baş direktoru Luçano Modji məhkəmənin qərarı ilə azadlıqdan mərhum edilib. Apasport.az saytının məlumatına görə, buna səbəb italiyalı mütəxəssisin danışılmış oyunlarda günahkar bilinməsidir.

İtaliya çempionatında oyun alqı-satqısında iştirak etdiyi üçün turinlilərin keçmiş rəsmisi 5 il 4 ay Neapol həbsxanasında cəza çəkəcək.

Qeyd edək ki, prokuror daha sərt qərarın çıxarılmasını tələb etsə də, bu baş verməyib.