Yığmamız məğlubiyyətin əvəzini çıxa bilmədi
10.11.2011 - 09:22
Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın heyətində Kamran Nəcəfzadə fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında ilk oyunda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlmişdi.
Mənbə: affa.az
Qeyd edək ki, bu komandalar arasında ilk oyunda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlmişdi.
Mənbə: affa.az
0
0