Afrikanın ən yaxşı futbolçusuna namizədlər açıqlandı
10.11.2011 - 11:19
Afrikanın ən yaxşı futbolçusuna namizədlər açıqlandı
Bu il Afrikanın ən yaxşı futbolçusu olmağa namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “qara qitə”də 1 nömrə olmağa 10 futbolçu iddia edir. Bunlar Samuel Eto’O (“Anji”, Kamerun), Yaya Ture (“Mançester Siti”, Fil dişi sahili), Didye Droqba (“Çelsi”, Fil dişi sahili), Jervinyo (“Arsenal”, Fil dişi sahili), Andre Ayu (“Marsel”, Qana), Asamoa Qyan (“Əl-Əyn, Qana), Kevin-Prins Boatenq (“Milan”, Qana), Adel Taarabt (“Kuinz Park Reyncers”, Mərakeş), Mussa Sov (“Lill”, Seneqal) və Seydu Keytadır (“Barselona”, Mali).