Rəşad Abdullayev cəzalandırıldı
10.11.2011 - 12:06
"Neftçi" klubunun yığıncağı olub. Apasport. az saytının məlumatına görə, iclasda Premyer Liqanın XII turunun "Neftçi" – "Xəzər Lənkəran" matçında baş verən olaylar müzakirə edilib. Komandanın futbolçusu Rəşad Abdullayev klubun daxili intizam kodeksini pozduğuna görə cəzalandırılıb.
Yarımmüdafiəçi bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Klub rəhbərliyinin qərarına hörmətlə yanaşıram. "Xəzər Lənkəran"la oyunda baş verən hadisəyə görə üzgünəm və çalışacağam ki, bir daha belə hallar olmasın".
Qeyd edək ki, Rəşad “Xəzər Lənkəran”ın futbolçusu Şəhriyar Xəlilova sillə vurmuşdu. Lakin matçın baş hakimi bu hərəkət göz yummuşdu.

0
0