AZAL-ın futbolçusu Azərbaycana qarşı oynamayacaq
10.11.2011 - 12:25
AZAL-ın futbolçusu Azərbaycana qarşı oynamayacaq
Noyabrın 11-də Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Albaniya yığmasının heyətində dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə AZAL-ın şərəfini qoruyan Ervin Bullku, həmçinin Debatik Kurri yığmanın heyətindən çıxarılıb. Buna milli üzvlərinin zədələnməsi səbəb olub. Yığmanı Azərbaycan və Makedoniya ilə qarşılaşmalara çıxaracaq Camal Mustedanagiç bu futbolçuların əvəzinə yenilərini çağırmaq niyyətində olsa da hələ qərar verməyib.