Foqtsun millimizdə son rəsmi oyunu ola biləcək görüş
10.11.2011 - 12:44
Sabah Azərbaycan milli komandası bu il son rəsmi oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız 2011-ci ilə noyabrın 15-də Almaniyanın “Union Berlin” klubu yoldaşlıq görüşünə çıxacağı məlumdursa, bunun qeyri-rəsmi xarakter daşıdığı də bilinir. Çünki qaydaya görə, klubla yığmanın oyununun nəticəsi sayılmır. Bu mənada albanlarla oyun son rəsmi matç kimi diqqət çəkir və üstəlik, oyun günü FİFA-nın “pəncərəsi”nə düşdüyündən, nəticəsi reytinqdəki mövqeyimizə təsir edəcək.
Millimiz Albaniya ilə oyuna itkilərlə çıxmalı olacaq. Sözsüz ki, əsas Rəşad Sadıqovun yoxluğunu qeyd etməliyik. O, həm millimizin kapitanı, həm də müdafiə xəttimizin lideridir. Rəşadın adı açıqlanan heyətdə olsa da, sonradan qolu qırıldığına görə gipsdə olduğundan, təxminən 1 ay oynamayacağı müəyyənləşdi. Sonradan məlum oldu ki, Sadıqov kimi bu il millimizdə ən çox oyun keçirən, bütün matçları əvəzedilmədən keçirən qapıçı Kamran Ağayev də Albaniya ilə matçı buraxmalı olacaq. Onda da zədə problemi olsa da, Rəşaddan fərqli Kamran Tiranaya aparılmışdı və oradan Bakıya göndərildi. Belə olan halda, sabah “çərçivə”mizi Andrey Popoviç qoruyacaq və “Sumqayıt Şəhər”in qapıçısı millimizdə növbəti debütant olacaq. Düzdür, yığmada digər qapıçı Aqil Məmmədov gənc olsa da, o, klubunda əsas qapıçı olan Popoviçdən fərqli “Bakı”da daim ehtiyat qaldığından, oyun praktikası sarıdan korluq çəkir. Debütantdan söz düşmüşkən, digər belə futbolçumuz “İnter”in gənc yarımmüdafiəçisi Nizami Hacıyev olacaq.
Albaniya ilə oyunda bizlərə tanış olan 3 futbolçu oynayacaq. Bunlar karyeralarını ölkəmizdə davam etdirən “Qarabağ”ın müdafiəçiləri Ansi Aqolli ilə Admir Teli və AZAL-ın yarımmüdafiəçisi Ervin Bulkudur. Düzdür, Ervin zədəli olduğundan, heyətdən sonradan çıxarıldı. Daha bir albaniyalı futbolçu – “Xəzər Lənkəran”ın müdafiəçisi Elvin Beçiri zədəli olduğundan, yaxşı tanıdığı futbolçulara qarşı oynaya bilməyəcək. Rəqibin xorvatiyalı baş məşqçisi Yosip Kuje istefaya göndərildiyindən, komandanı meydana onun Bosniya və Herseqovinadan köməkçisi Camal Mustenadagiç çıxaracaq.
Bu oyun yoldaşlıq görüşü olsa belə, təkcə Mustenadagiçə yox, onun almaniyalı həmkarı üçün də böyük önəm daşıyacaq. Çünki Albaniya ilə matç Foqtsun 2008-ci ilin aprelindən çalışdırdığı millimizdə son rəsmi oyunu ola bilər. Çünki onun AFFA ilə bağladığı müqavilənin müddəti bitir və onun uzadılıb-uzadılmayacağı hələ bilinmir. Buna noyabrın sonunda AFFA-nın İcraiyyə Komitəsində aydınlıq gələcək və 65 yaşlı mütəxəssislə yeni müqavilə bağlanmayacağı mümkündür. Bu, reallaşarsa, Foqtsun Bosniya və Herseqovinadan başlayan yolu bitəcək. O, məhz bu yığma ilə 2008-ci ilin iyunun 1-də Zenitsa şəhərində keçirilən yoldaşlıq görüşündə (0:1) debüt etmişdi. İndi tale elə gətirdi ki, Foqts bosniyalı həmkarı ilə duellə ölkəmizdə missiyasını başa vura bilər.
Qeyd edək ki, Bakı vaxtilə saat 21:00-da başlayacaq Albaniya – Azərbaycan oyununu idarə edəcək hakimlər hələ açıqlanmayıb.

0
0