“Azərbaycan və Makedoniya yığmaları eyni səviyyədədir”
10.11.2011 - 13:02
“Azərbaycan və Makedoniya yığmaları eyni səviyyədədir”
“Azərbaycan və Makedoniya milli komandaları eyni səviyyəli rəqiblərdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniya milli komandasının üzvü Elis Bakay deyib.

Rumıniyanın “Dinamo” klubunun futbolçusu qarşıdakı 2 yoxlama oyunu haqda fikirlərini açıqlayıb. O, noyabrın 11-də görüşəcəkləri Azərbaycan və 4 gün sonra üz-üzə gələcəkləri Makedoniya millilərini dəyərləndirib: “Biz mümkün dərəcədə yaxşı oynamağa çalışacağıq. Yaxşı nəticə əldə edib komandadakı əhval-ruhiyyəni bərpa etməliyik. Bunu etməliyik ki, DÇ-2014-ün seçmə mərhələsinə hazırlıqda problemlə üzləşməyək”.