Azərbaycan yığmasının oyunu boykot olundu
10.11.2011 - 13:34
Azərbaycan yığmasının oyunu boykot olundu
Noyabrın 11-də Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Albaniya yığması çətin vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, rəqibimiz böyük azarkeş dəstəyindən məhrum olub. Belə ki, Albaniya yığmasının ən böyük fanklubu sayılan “Qırmızı-qaralar” azarkeş birliyi millinin oyununu boykot etməyə qərar verib. Albaniya U-21-nin bu gün Rusiya ilə keçiriləcək oyununa təşrif buyuracaq fanatlar yalnız əsas yığmadan üz döndərib. Boykot qərarı federasiyanın yığmaya biganə münasibəti, komandaya hələ də baş məşqçi tapılmaması ilə izah olunur.
0