Admir Teli: Azərbaycan yığması ilə görüşdə sanballı oyun göstərməliyik
10.11.2011 - 13:45
Admir Teli: Azərbaycan yığması ilə görüşdə sanballı oyun göstərməliyik
“Mən Azərbaycan və Makedoniya yığmaları ilə hər 2 oyunda iştirak edəcəyəm. Millimizin son rəsmi matçlarında yeni adlar peyda olub”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Albaniya yığmasının futbolçusu Admir Teli deyib. 2009-cu ilin qışından “Qarabağ”ın şərəfini qoruyan müdafiəçi sabah millisinin heyətində yaxşı tanıdığı Azərbaycan yığması ilə yoldaşlıq görüşündə üzləşəcək. Telinin sözlərinə görə, matç yoxlama xarakteri daşısa da, yaxşı oynamalıdırlar: “Milli komandamızda yeni era başladığını nəzərə alsaq, təməli düzgün qoymalıyıq. Bu mənada qarşıdakı yoldaşlıq görüşümüzdə sanballı oyun göstərməliyik. Bununla da Albaniya yığmasına inamı qaytarmalıyıq. Çünki yığmamız 3-4 gurultulu adların gedişi ilə bir az geriləyib”.

Qeyd edək ki, Albaniya ötən seçmə mərhələdə artıq istefaya göndərdiyi xorvatiyalı baş məşqçisi Yosip Kujenin rəhbərliyi altında fiaskoya uğrayaraq, qrup sonuncusu olub.