Millimizin oyunu affatv.az-da göstəriləcək?
10.11.2011 - 14:15
Millimizin oyunu affatv.az-da göstəriləcək?
AFFA sabah keçiriləcək Albaniya – Azərbaycan yoldaşlıq görüşünün canlı yayımını öz rəsmi internet televiziyasında təşkil etməyə hazırdır. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu apasport.az saytına açıqlamasında bunun üçün bütün texniki imkanlara malik olduğunu bildirib: “Ancaq oyunun affatv.az yayımlanmağı telemaraqlara uyğun gəlmir. Bu halda telekanallarımız yoldaşlıq görüşünün canlı yayımında maraqlı olmayacaq. Ona görə də yayım hüquqlarına məxsus olan Almaniyanın UFA şirkəti oyunun internet televiziyamızda yayımına razılığını verməyib”.

Qeyd edək ki, affatv.az indiyə kimi 21, 19, 17 yaşlılardan ibarət yığmalarımızın müxtəlif xarici ölkələrdən oyunlarını, o cümlədən Avropa çempionatında rəsmi matçlarını canlı yayımlayıb.