“Qarabağ” istirahəti başa vurdu
10.11.2011 - 14:19
Premyer Liqanın hesabat turunda “Sumqayıt Şəhər”lə oyundan sonra 3 gün istirahət edən “Qarabağ” məşqlərə start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bir gün öncə toplaşan kollektiv günün yeganə məşqinə çıxıb.
Sabah baş tutacaq Albaniya - Azərbaycan oyununa ümumilikdə 6 futbolçu “göndərən” komanda (Admir Teli, Ansi Aqolli - Albaniya, Rəşad Sadiqov, Əfran İsmayılov, Rauf Əliyev, Vüqar Nadirov – Azərbaycan ) eyni zamanda zədə səbəbindən millinin düşərgəsinə yollanmayan Rəşad Sadıqovsuz çalışır.
Yaranmış fasilədən yararlanaraq vətənlərinə yollanan “Qarabağ”ın digər legionerləri isə dünən Bakıya qayıdıblar və bu gündən məşqə çıxacaqlar.
Qeyd edək ki, Ağdam təmsilçisi günün yeganə məşqini Suraxanı qəsəbə stadionunda keçəcək.

0
0