Berti Foqts mətbuat konfransına gəlmədi və üzrxahlığı çatdırıldı
10.11.2011 - 14:20
Berti Foqts mətbuat konfransına gəlmədi və üzrxahlığı çatdırıldı
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Albaniya yığması ilə yoldaşlıq görüşü öncəsi bu gün keçirilən mətbuat konfransında gəlməyib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssisi əsas köməkçisi olan həmyerlisi Olaf Yansen əvəzləyib. O, Foqts gəlməyinin səbəbini bildirərək, üzrxahlığını çatdırıb. Belə ki, baş məşqçimiz bütün diqqətini oyuna yönəldib və məşq prosesindən səmərəli istifadə etmək fikrindədir. Çünki millimizin ötən axşam Tiranadakı məşq prosesi stadionda işıqlandırma vasitəsinə görə baş tutmayıb. Bu üzdən məşqin biri keçirilmədiyindən, Foqts qalanlarında özünün iştirakını vacib sayıb.

Qeyd edək ki, Foqts bunadək bir neçə dəfə mətbuat konfransına gəlməyib və onu Yansen əvəzləyib.
0