Mahir Şükürov da Albaniya yığması ilə oyundan kənarda qalacaq
10.11.2011 - 14:35
Azərbaycan milli komandası Albaniya yığması ilə yoldaşlıq görüşü öncəsi heyətlə bağlı daha bir problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, millimizin ən təcrübəli futbolçusu Mahir Şükürov bu gün Tiranadakı məşqə gəlməyib. Buna səbəb sağ cinah müdafiəçisinin zədəli olmasıdır. Mahir çox güman sabahkı matçda oynamayacaq.
Qeyd edək ki, bunadək millimizin əsas qapıçısı Kamran Ağayevlə kapitanı Rəşad Sadıqovun zədə üzündən oyunda iştirak etməyəcəyi müəyyənləşmişdi.
Qeyd edək ki, bunadək millimizin əsas qapıçısı Kamran Ağayevlə kapitanı Rəşad Sadıqovun zədə üzündən oyunda iştirak etməyəcəyi müəyyənləşmişdi.
0
0