Azərbaycan klubları üçün yeni liqa
10.11.2011 - 15:02
Azərbaycan futbol klubları bundan sonra yeni liqada mübarizə aparması gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, klublarımız Çempionlar Liqası və Avroliqa ilə yanaşı daha 1 turnirdə qüvvəsini sınamaq imkanı əldə edəcək. Belə ki, bu yaxınlarda Cənub-Şərqi Avropa Liqası yaradılacaq.
Məsələ ondadır ki, ötən ayın 15-də Bolqarıstan paytaxtı Sofiyada yerli klubları bir araya yığan MOİK Balkan Liqasının yaradılması ideyasını irəli sürmüşdü. Lakin bolqar klubları bu təklifi daha da genişləndirmək niyyətini ortaya qoydu. Balkan yarımadasının təmsilçiləri ilə yanaşı Azərbaycan, Qazaxıstan, Ukrayna və Rusiya komandaları da Liqada mübarizə aparacaq.
Bölgənin öz ölkələrindən isə Yunanıstan böyük ehtimalla yarışa qatılmayacaq. Əvəzində Bolqarıstan, Türkiyə, Rumıniya və Serbiya klubları bu ideyanı dəstəkləyir. Yalnız “Partizan” yeni liqada oynamaqdan imtina edib.
İlkin variantda 16 komandanın qatılacağı liqada daha çox klubun mübarizə aparacağı gözlənilir. Bolqarıstanın 3 komanda ilə təmsil olunacaq yarışın formatı və iştirakçı sayı klub rəhbərlərinin növbəti görüşlərində aydınlaşacaq. Liqanın yaradıcıları UEFA-dan razılıq almaq yolunda qurumun prezidenti Mişel Platini ilə görüşə hazırlaşır. Onlar indidən mükafat fondunun Avroliqanı arxada qoyacağını iddia edir.

0
0