AZAL məşqçisini 5 oyunluq itirdi
10.11.2011 - 15:15
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XII turunda baş verənləri müzakirə edən qurum müvafiq qərarlar çıxarıb.
“Rəvan”– “Simurq” matçının 56-cı dəqiqəsində meydandan qovulan Ekrem Hodziç 1 oyunluq cəzalanıb və meydan sahiblərini 200 manat ziyana salıb. Oyunun 63-cü dəqiqəsində “Simurq”un qırmızı vərəqə alan üzvü Vasili Yanatovskinin də cəzası eyni olub.
AZAL – “Qəbələ” matçının 34-cü dəqiqəsində meydan sahiblərinin məşqçisi İlqar Hüseynov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu isə 5000 manat cərimələnib.

0
0