Azərbaycan çempionatında yarımçıq dayandırılan oyunla bağlı cəzalar
10.11.2011 - 15:23
AFFA-nın İntizam Komitəsi (İK) Azərbaycan çempionatının I divizionunda ötən tur yarımçıq dayandırılan “Bakılı” – “Şahdağ” oyununda baş verənlərə hüquqi qiymət verib. Apasport.az saytının məlumatına görə, matçın 16-cı dəqiqəsində “Şahdağ”ın qapısına penalti zərbəsi təyin edildikdən sonra qonaqların baş məşqçisi Kamran Əlibabayev meydançaya daxil olaraq hakimlər briqadasını təhqir edib. Fasilədə “Bakılı”nın prezidenti Misir Əbilov dəhlizdə “Şahdağ”ın futbolçularını təhqir etməyə başlamış və bu hadisə hər iki klubun futbolçularının bir-birinə qarşı aqressiv hərəkətləri, nalayiq ifadələri ilə nəticələnib. Matçın baş hakimi isə öz səlahiyyətlərini aşaraq, 2-ci hissəni keçirməkdən boyun qaçırıb.
İK yuxarıda göstərilənləri nəzərə alaraq, Əlibalayevlə Əbilovun eyni - 5 oyunluq cəzalanmağı, klublarının 500 manat cərimə olunmağı haqda çıxarıb. IX turun “Bakılı” – “Şahdağ” matçı Peşəkar Futbol Liqasının təyin etdiyi vaxtda yenidən oynanılmağı, Hakimlər Komitəsi oyunun hakimlər briqadası haqqında ciddi ölçü götürərək İntizam Komitəsinə yazılı məlumat verməyi haqda qərar qəbul olunub. Hakim-İnspektorlar Komitəsi isə oyunun hakim-inspektoru haqqında ciddi ölçü götürüb, İntizam Komitəsinə yazılı məlumat verməlidir.
I divizionda noyabrın 6-da keçirilən digər oyunda da baş məşqçi cəzadan yan qaça bilməyib. Belə ki, “Energetik” – “Lokomotiv” matçının 75-ci dəqiqəsində qonaqların çalışdırıcısı İbrahim Uzunca texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

0
0