“Millimizdə keyfiyyət baxımından irəliləyiş çoxdur”
10.11.2011 - 16:39
“Bakıdakı oyunda Albaniyaya qarşı oynamışam. Yaxşı komandadır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədov deyib.
Sabah beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Albaniya ilə qarşılaşacaq millimiz oktyabrın 7-dən etibarən hazırlığını Tirana şəhərində həyata keçirir. 2008-ci ilin noyabrında Bakıda bu rəqiblə bir dəfə qarşılaşan və 1:1 hesablı heç-heçə edən yığmamızın qolunu Branimir Subaşiç vurmuşdu. Serb əsilli hücumçu hazırda yığmanın düşərgəsində olsa da, ondan fərqli həmin matçda məhsuldar ötürmə verən Məmmədov Tiranaya aparılmayıb. Bununla belə, “Bakı”nın yarımmüdafiəçisi Albaniya ilə oynamağa gücümüzün yetəcəyini düşünür: “Qarabağ”da oynayan zaman Admir Teli, Ansi Aqolli komanda yoldaşlarım idi. Onlardan müəyyən məlumat əldə edirdik. Albaniya Avropaya səs salmış komanda deyil. Onların bizdən güclü olmadığını deyə bilərəm”.
Rəqibin üstün cəhətləri haqda danışarkən futbolçu albanların düşərgəsində legioner həyatı yaşayan oyunçuların çoxluq təşkil etdiyini qeyd edib: “Onların bizdən əsas üstünlüyü heyətlərində legioner futbolçuların çoxluq təşkil etməsidir. Bu cəhətə görə onlardan geri qalırıq”. Bununla belə yarımmüdafiəçi kollektiv oyun sayəsində rəqibimizi üstələyə biləcəyimizi vurğulayıb: “Ancaq futbol kollektiv oyundur. Yığmamız oyundan oyuna artırır. Millidə keyfiyyət baxımından irəliləyiş çoxdur. Ən azı düzgün ötürmə verə bilirik. Əvvəllər bunu da edə bilmirdik”.
Qeyd edək ki, 2008-ci ilin noyabrında Bakıda keçirilən oyun 1:1 hesabı ilə yekunlaşmışdı.

0
0