Albaniya – Azərbaycan oyununa giriş pulsuz olsa da...
10.11.2011 - 15:48
Albaniya – Azərbaycan oyununa giriş pulsuz olsa da...
Albaniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq görüşü diqqətdən kənarda qalıb. Apasport.az saytının məlumatına görə, matçın sabah keçiriləcəyi Tiranada oyuna maraq çox azdır. Belə olan halda, “Kemal Shafa” stadionunda tribunaların daha çox boş olacağı gözlənilir. Halbuki oyuna giriş pulsuz olduğundan, stadiondan izləmək üçün xərcə düşmək lazım deyil. Artıq oyunun afişaları şəhərindən müxtəlif yerlərindən asılıb. Matçın yerli vaxtla saat 18:00-da (Bakı vaxtilə 21:00-da) başlamağı nəzərdə tutulub.
0