Yığmamız Tiranada “5”ləri qoşalaşdırmalıdır
10.11.2011 - 16:55
Noyabrın 11-də Albaniya milli komandası ilə Tiranadakı qarşılaşma Azərbaycan yığmasının tarixinə 181-ci matç kimi düşəcək. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən indiyədək 180 oyuna çıxan komandamız bu müddətdə 31 qələbə qazanıb, 44 heç-heçə edib və 105 dəfə meydanı başıaşağı tərk edib. Bu günə qədər 123 dəfə rəqib qapısına yol tapan komandamız 326 dəfə topu öz qapısında görüb.
Bu qarşılaşmalardan 88-i seçmə oyunu olubsa 92-si yoldaşlıq xarakteri daşıyıb. Yoxlama matçları və bu tip mini turnirlərdəki görüşlərdə 23 qələbə qazanıb və 31 dəfə heç-heçə edən millimiz 38 dəfə meydanı başıaşağı tərk edib. Bir sözlə 54 dəfə uduzan komandamız Tiranaya 55-ci uduzulmayan görüş üçün yollanıb ki, “5”ləri qoşalaşdırsın. Bu qarşılaşmalarda futbolçularımız 82, rəqibləri isə 123 dəfə qol sevinci yaşayıb.
Sabahkı matç Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun bu postda 42-ci qarşılaşması olacaq. Fasiləsiz olaraq, yığmamızın “sükanı arxası”nda olan almaniyalı 8 qələbə və 10 heç-heçəyə sevinib, 23 dəfə yetirmələrinin üzüntüsünə şərik olub. Bu matçlarda yığmamız 31 qolun sevincini yaşayıbsa, 68 dəfə qapıçımız topu tordan çıxarıb.

0
0