“Barselona” kimi komanda ilə qarşılaşmaq özü bir təcrübədir”
10.11.2011 - 18:28
“Məşqlərimizi ABU Arena”da davam etdiririk. Yoldaşlıq oyunu keçirmək istəyirdik. Bu məsələ hələ açıq qalıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Araz” futzal klubunun kapitanı Rizvan Fərzəliyev deyib.
Futzal üzrə 6 dəfə ölkə çempionu olan və UEFA kubokunda Azərbaycanı təmsil edəcək “Araz” elit raundun oyunlarına hazırlaşır. Naxçıvan klubu “dördlər finalı”na yüksəlmək üçün qrup mərhələsi çərçivəsində Hollandiyanın “Eyndhoven”, Çexiyanın “Xrudim” və İspaniyanın “Barselona” klubları ilə qarşılaşacaq. Bu mərhələnin oyunlarına İspaniya ev sahibliyi edəcək. Matça ciddi hazırlaşan komandamız sparrinq-rəqib tapmaq baxımından çətinliklə üzləşib: “Neftçi” və “Ekol”un birləşmiş komandası ilə qarşılaşmaq istəyirdik. Onlar dünən oynamağımızı istədilər. Bizə isə oyunlara yaxın bu görüşü keçirmək vacib idi. “Neftçi”də toplanışa getməyi düşünür. Deyəsən, alınmayacaq. Məşqlərimizi oyunların başlama saatında keçirik ki. vaxta uyğunlaşaq”.
Heyətə yeni futzalçıların dəvət edildiyini də qeyd edən Fərzəliyev artıq onlardan ikisinin məşqlərdə iştirak etdiyini vurğulayıb: “Hər ikisi braziliyalıdır. Adlarını dəqiq bilmirəm, məşqdə birinə Dodo, digərinə Toto deyirik. Bir dəfə isə gələcək. O da braziliyalı olacaq. Baş məşqçi ikinci “dördlüy”ü düzəltmək istəyir. Birinci hazırdır”.
Rəqiblər haqda danışarkən, kapitan çətin qrupda yer aldıqlarını deyib: “Barselona” kimi komanda ilə qarşılaşmaq özü bir təcrübədir. Onlar ilk dəfə bu yarışda iştirak etsələr də, heyətlərini ən güclü futbolçularla gücləndiriblər. “Barselona” qrupun favoriti hesab edilir. Daha doğrusu, onlar kuboku qazanmağa ən real namizəddir. Onlara qədər iki oyunumuz var. Hollandiya çempionunu mütləq udmalıyıq. İkinci matçda da müsbət nəticə qazanmalıyıq”.
O, qazanılacaq qələbələrin gələcəkdə lazım olacağını qeyd edib: “Reytinq xalları toplamalıyıq ki, gələn il də mübarizəyə elit-raunddan başlayaq. Qrupun aşkar favoriti olsa da, meydanda hadisələrin axarı dəyişə bilər”.
Sonda futzalçı komandada müdafiəyəmeylli oyunçulara ehtiyac olduğunu deyib: “Hücumameylli futzalçılarımız çoxdur. Müdafiəyəmeylli isə mən və yeni gələn oyunçudur. Ona görə də müdafiəyəmeyilli futzalçıya ehtiyac var”.

0
0